Oxunması zəruri olan kitablar
|
29.8.2017
|
|
29 avqust 2017-ci il tarixində kitabxanada "Oxunması zəruri olan kitablar" adlı sərgi təşkil edilmişdir. Sərgidə 30 kitab nümayiş edilmişdir. Sərgidə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Yeni 2001-ci il, Yeni əsr və Üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti. “Müstəqilliyimiz əbədidir” , “Kitabi-Dədə Qorqud” dastanı, “Atalar sözü” (Azərbaycan xalq ədəbiyyatı), Nizami Gəncəvinin “Sirlər xəzinəsi”, “Nizaminin hikmət və nəsihətləri”, Nəsirəddin Tusinin “Əxlaqi-Nasiri”, Məhəmməd Tağı Sidqinin “Məktəb hekayətləri”, Hüseyn Cavidin “Azər”, Cəlil Məmmədquluzadənin “Hekayələr”, Məmməd Səid Ordubadinin “Qılınc və qələm”, Qurban Səidin “Əli və Nino”, Məmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam”,
“Təmsillər” (uşaq ədəbiyyatı), ABŞ-ın 16-cı prezidenti Avraam Linkolnun oğlunun müəlliminə məktubu, Faruk Sumerin “Oğuzlar”, Rəşidəddin Fəzlullahın “Oğuznamə”, Yusif Balasaqunlu. “Qutatqu bilik”, Teodor Drayzerin “Dahi”, Cek Londonun “Həyat eşqi”, Ernest Heminqueyin “Qoca və dəniz”, Nikolo Makiavellinin “Hökmdar”, Gi de Mopassanın “Gombul”, Antuan de Sent-Ekzüperinin “Balaca şahzadə”, Nikolay Ostrovskinin “Polad necə bərkidi”, Moris Meterlinkin “Arıların həyatı” və “Göy Quş” əsərləri , “Mister Hemferin xatirələri” (İngilis casusunun etirafları), Seyid Əzim Şirvaninin “Seçilmiş əsərləri” (Təmsillər), “İslamda müdrik kəlamlar”, Sədi Şirazinin “Gülüstan”, Eynəli bəy Sultanovun “Məqalələr” adlı kitablar nümayiş edilmişdir. Sərgi sərəncama əsasən təşkil edildiyi üçün ilboyu nümayiş ediləcək.
|
|