Konstitusiya Günü
|
10.11.2017
|
|
10 noyabr 2017-ci il tarixində kitabxanada "Konstitusiya Günü" münasibətilə "Konstitusiya dövlətin əsas qanunudur" mövzusunda yığıncaq keçirilmişdir. Tədbiri giriş sözü ilə kitabxananın direktoru, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova açmışdır. Kitabxananın elektron zalının müdiri Əzizə Süleymanzadə "Azərbaycan Respublikasının Konstitusiyası hüquq və azadlıqların ali təminatçısıdır" adlı məruzə ilə çıxış etmişdir. Kitabxanaçı Aysel Musayeva "12 Noyabr-Konstitusiya Günü" adlı mövzu ilə çıxış etmişdir. Məruzə və çıxışlarda bildirilmişdir ki, 1993-cü ildə ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışı nəinki Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, həm də onun dövlətçiliyinin xilasında müstəsna rol oynadı. Ümummilli lider öz qətiyyəti, dərin zəkası, zəngin dövlətçilik təcrübəsi və böyük siyasi nüfuzu sayəsində xilaskarlıq missiyasına başladı.
Təsadüfi deyil ki, 1995-ci il iyunun 5-də ümummilli lider Heydər Əliyevin sədrliyi ilə Konstitusiya Komissiyası
yaradıldı. Bu ali sənədin müasir dəyərləri özündə ehtiva edən mükəmməl formada qəbul olunmasını reallaşdırmaq üçün ulu öndər layihənin hazırlanması zamanı onun hər bir müddəasını şəxsən nəzərdən keçirmiş, dövlətin gələcək taleyi, demokratik imici baxımından bu işə son dərəcə həssaslıqla yanaşmışdı. Ulu öndər Heydər Əliyev Azərbaycan Respublikasının ilk milli Konstitusiyasının
hazırlanmasında həm ölkəmizin tarixi keçmişinin milli dəyərlərindən, həm də ümumbəşəri dəyərlərdən, dünyanın
demokratik dövlətlərinin təcrübəsindən istifadə edilməsini mühüm vəzifə kimi irəli sürmüşdü. Konstitusiya layihəsi
hazırlandıqdan sonra cəmiyyətin müxtəlif təbəqələrinin iştirakı ilə onun açıq müzakirələrinin keçirilməsi bu
ümumxalq əhəmiyyətli sənədin ən təkmil formada ərsəyə gətirilməsinə şərait yaratmışdır.1995-ci il noyabrın
12-də ümumxalq səsverməsi yolu ilə müstəqil dövlətimizin ilk Konstitusiyası qəbul olunmuşdur. Ulu öndərin müəllifi olduğu Konstitusiyanın qəbul edilməsi xalqımızın
dövlət müstəqilliyi tarixində konstitusionalizm məfkurəsini əks etdirən hadisə idi. Bununla ölkəmizin və
xalqımızın dövlətçilik tarixinə yeni bir səhifə yazıldı, dahi rəhbər Heydər Əliyevin uzunmüddətli gərgin
əməyinin məhsulu olan Konstitusiya öz demokratikliyi, humanistliyi ilə seçilərək ölkəmizdə vətəndaşların
hüquq və azadlıqlarının təmin edilməsi və müstəqil dövlətçiliyimizin tərəqqisi üçün hərtərəfli zəmin yaratdı,
xalqımızın demokratik dövlət qurmaq və dünya arenasında layiqli yer tutmaq istəyini nümayiş etdirdi. Məhz bu
tarixi hadisədən sonra Azərbaycanda hüquqi islahatlara başlanıldı. Azərbaycan Respublikasının Konstitusiyası dövlətin hər hansı maraqlara deyil, məhz vətəndaşların
mənafelərinə, azad cəmiyyətin aparıcısı olan şəxsiyyətin maraqlarına xidmət etdiyini ən yüksək səviyyədə
bəyan etmişdir.Tədbirin sonunda elektron lövhədə slayd nümayiş edilmiş, videolara baxış keçirilmişdir. Tədbirdə 34 nəfər iştirak etmişdir.
|
|