Oxunması zəruri olan kitalar
|
19.4.2018
|
|
19 aprel 2018-ci il tarixində Naxçıvan Dövlət Universitetində İxtisasların hamiliyə verilməsi ilə əlaqədar "Oxunması zəruri olan kitalar"ın siyahısına əsasən "Mister Hemferin xatirələri"(ingilis casusunun etirafları) adlı əsərin müzakirəsi keçirilmişdir. Tədbiri giriş sözü ilə M.S. Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova açmışdır. M.S. Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının elmi katibi Günay Kəngərli "Mister Hemferin xatirələri", M.S. Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının kitabxanaçı-biblioqrafı Nuray Paşayeva "İngilislərin İslamla düşmənçilikləri" adlı mövzularla çıxış etmişdirlər. Çıxışlarda bildirilmişdir ki, əsər vaxtilə İngiltərənin Müstəmləkələrə Nəzarət Nazirliyi tərəfindən müsəlman ölkələrinə casusluq məqsədilə göndərilmiş Mister Hemferin xatirələridir. İngilis casusu Mister Hemferə müxtəlif tapşırıqlar verilmişdir. Müsəlman cəmiyyətində mövcud olan müsbət və mənfi cəhətləri öyrənib öz hökumət dairələrinə çatdırmaq; Milli, dini və məzhəbi qarşıdurmalar yaratmaq üçün münasib məkan, zaman və şəraitlərin öyrənilməsi; Mə`nəvi cəhətdən zəif olan müsəlman dövlət mə`murları, elm xadimləri, ruhani və sıravi şəxsiyyətlər tapıb kəşfiyyat orqanları ilə həmkarlığa cəlb etmək; Sadəlövh tələbə və şagirdləri cəlb edərək, onların təlim-tərbiyə işləri ilə məşğul olmaq, gələcək kadr kimi hazırlayaraq, onları yüksək dövlət kürsülərində əyləşdirmək; Ayrı-ayrı firqə və cərəyanlar yaradaraq onları hər bir cəhətdən himayə etmək, müsəlman cəmiyyətlərində kəskin qarşıdurmalar yaratmaq; Vətənpərvər insanları, elm və din xadimlərini gözdən salmaq, şayiə, töhmət və iftira yaymaqla xalq arasında onlara qarşı kütləvi e`tiraz yaratmaq; Hər yerdə dinşünas, islamşünas, şərqşünas və s. adlarla saxta şəxsiyyətlər yaratmaq, ictimai diqqəti onlara doğru yönəltmək və müsəlmanların öz dini məlumatlarını məhz onlardan əxz etməsinə şərait yaratmaq; Dinin həqiqi və əsas e`tiqadlarını təhrif edərək, azğın fikirlər və batil əqidələr yaratmaq; Dini ayinlərin həqiqi mahiyyətini dəyişmək, müsəlmanların içərisinə məqsədyönlü şəkildə nüfuz etmiş şəxslərin vasitəsilə irtica, xurafat və mövhumata dini rəng verməklə xalq arasında yaymaq; İslahat, tərəqqi və müasirlik iddiaları ilə müsəlmanların mədəniyyət, mənəviyyat, tarix və gələcəyini məhv etmək. Bu mənfur xristian casusunun öz etiraflarından mə`lum olur ki, o, öz hökuməti tərəfindən xüsusi məqsədlə İslam ölkələrinə göndərilərək, oralarda uzun illər təxribatçılıq işləri ilə məşğul olmuş, müsəlmanları daxildən parçalayıb dağıtmaq yolunda heç bir murdar və qeyri-insani işlərdən çəkinməmişdir. Tədbirin sonunda tələbələrin sualları cavablandırılmışdır. Tədbirdə 34 nəfər iştirak etmişdir.
|
|