Kitabxanaçı Günü
|
20.4.2018
|
|
20 aprel 2018-ci il tarixində M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında “Kitabxanaçı Günü” münasibətilə “Not nəşrlərinin elektron və ənənəvi qaydada işlənməsi” mövzusunda məruzə ilə çıxış etmişdir. Tədbiri giriş sözü ilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova açmışdır. M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının musiqi-not şöbəsinin müdiri Nailə Əsədova “Not nəşrlərinin elektron və ənənəvi qaydada işlənməsi” adlı məruzə ilə çıxış etmişdir. Çıxışda bildirilmişdir ki, kitabxana işinin keçmiş ənənələri müasir üsullarla bu gün də davam etdirilməlidir. Lakin müasir dövrün tələblərinə uyğun olaraq kitabxanalarda elektron kataloqun , elektron kitabxanaların təşkili, məlumat bazalarının yaradılması, oxuculara yeni virtual xidmətin təqdim edilməsi kitabxanaların qarşısında duran prioritet məsələlərdəndir. Müasir şəraitdə kitabxanalar öz oxu zallarında və abonement şöbələrində kitab, kartoçka və kartotekalarla işləməklə yanaşı, həmçinin ən müasir informasiya- kommunikasiya texnologiyalarından istifadə edərək ənənəvi iş üsullarının keyfiyyətini yüksəldərək, internet informasiya resursları, elektron kataloq və elektron kitabxana, elektron məlumat bazaları yaradaraq elmi kommunikasiyaların inkişafına təkan verməlidir. Qeyd edilmişdir ki, kitabxanaya daxil olan sənəd növlərindən biri not nəşrləridir. Not nəşrlərinin elektron kataloqa yerləşdirmək üçün əvvəlcə “Qalığın mədaxili” linkini vururuq və “Kitabların daxil olması“ pəncərəsi açılır. “Kitab seç“ düyməsi vurulur, ”Kitabların ümumi qeydiyyatı” pəncərəsi açılır. Burada kitab axtarılır. Əgər kitab elektron kataloqa daxil edilməyibsə, “Əlavə et“ düyməsi seçilir. “Kitabların ümumi qeydiyyatı: yeni kitab” pəncərəsi açılır. Not nəşrləri də kitablar kimi elektron kataloqa daxil edilir. İlk növbədə nəşrin müəllifi qeyd edilir. Əgər həmin müəllif siyahıda yoxdursa, onda ”Əlavə et“ düyməsi vurulur və “Müəlliflər“ pəncərəsi açılır. ”Əlavə et “ düyməsi vurulur. İki boş xana görünür. Üst xanada müəllifin soyadı, aşagı xanada isə adı yazılır. ”Əlavə et”, “Seç” düymələri vurulur və həmin müəllif yeni kitab pəncərəsində “Müəllif” xanasında görünür. İkinci və üçüncü müəlliflər də bu üsulla yaradılır. Əgər nəşrin müəllifi yoxdursa, onda redaktor, tərtibçı və başqa məsul şəxsin soyadı və adı daxil edilir. Bu zaman kiçik mötərizə içərisində tərtibçi, redaktor və s. göstərilir. “Kitabın adı” xanasında not nəşrinin sərlövhəsi yazılır. Sonra nəşrin şifrəsi, cildi ( əgər cildlidirsə), nəşr ili xanaları doldurulur. Nəşrin hansı şöbə, bölməyə aid olduğu siyahıdan seçilir. Bundan sonra nəşrin dili, tirajı, səhifəsi, nəşr yeri, nəşriyyatı, Beynəlxalq Standart Nömrəsi göstərilir. Sonra annotasiya xanasında nəşr haqında qısa və dolğun məlumat verilir. Sonda nəşrin təsviri verilir: nəşrin müəllifi birinci şaquli xətdən, sərlövhə ikinci sətirdən ikinci şaquli xətdən yazılır. Materialın ümumi əlaməti sahəsində kvadrat mötərizədə böyük hərflə başlamaqla notlar sözü yazılır.: işarəsi qoyulduqdan sonra sərlövhəyə aid məlumatlar sahəsində nəşr haqqında əlavə məlumat verilir. Buraxılış məlumatlar sahəsində sənədin nəşr yeri, nəşriyyat və nəşr tarixi yazılır. Fiziki xarakteristika sahəsində sənədin səhifəsinin miqdarı, illüstrasiya və qoşma materialı haqqında məlumat verilir. Səhifənin miqdarından sonra : işarəsi qoyulur və qısadılmış şəkildə il.və yaxud şək. yazılır. və ; işarəsindən sonra sənədin ölçüsü yazılır. Sahənin sonunda isə qoşma material haqqında məlumat verilir. Kitab, kitabça, qrammofon valları, CD, DVD, maqnitofon lentləri və başqaları qoşma material hesab edilə bilər. Seriya sahəsində konkret nəşrin ayrı-ayrı buraxılışlarla seriyalar üzrə nəşrinə dair məlumatları özündə əks etdirir. Nəşri elektron kataloqa daxil edərkən hər hansı bir xana doldurulmadıqda nida işarəsi görünür. Əgər tam hazır olarsa onda “Əlavə et“ düyməsi seçilir və nəşr elektron kataloqda yerləşdirilir. Tədbirdə 30 nəfər iştirak etmişdir.
|
|