Mütaliə gününün keçirilməsi ilə əlaqədar “Kitab elmin açarıdır” adlı tədbir
|
13.9.2019
|
|
13 sentyabr 2019-cu il tarixdə Naxçıvan şəhər Uşaq Musiqi və İncəsənət məktəbində mütaliə gününün keçirilməsi ilə əlaqədar “Kitab elmin açarıdır” adlı tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının elmi katibi Günay Kəngərli açmış və tədbirin əhəmiyyətindən bəhs etmişdir. Daha sonra M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının proqramçısı Aytən Məmmədova “Mənəvi inkişafın başlıca səbəbi mütaliədir”, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının elektron zal müdiri Zeynab Sadıqova “Kitab elmin açarıdır” adlı mövzularla çıxışlar edərək bildirmişdilər ki, Azərbaycan kitabı xalqın dilini, mənəvi dəyərlərini, mədəniyyətini daha çox qoruyub saxlamışdır. Azərbaycan kitabı xalqın zəngin aləmini, düşüncə tərzini, dünyaya baxışını və s. əks etdirir. Hansı dövrdə və şəraitdə yaranmasından asılı olmayaraq həqiqi, obyektiv Azərbaycan kitabı ilk növbədə mənsub olduğu xalqın, millətin müstəqilliyinə xidmət edir, bütün mənəvi və intellektual imkanlarını buna yönəldir. Bu ideya əsl Azərbaycan kitabının milli funksiyasıdır, öz ideallarına sədaqətin təzahürüdür. Buna görə də, Azərbaycan kitabının oxucusu çox və müxtəlif olmuş, həm də müxtəlif əsrlərdə müxtəlif oxucu qruplarını əhatə etmişdir.Kitabların məzmunu, mövzusu, elmi səviyyəsi oxucu maraqlarının yaranmasına, mütaliənin səviyyəsinin yüksəlməsinə əsaslı təsir göstərir. Tədbirdə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının və Naxçıvan şəhər Uşaq Musiqi və İncəsənət məktəbinin əməkdaşları iştirak etmişdirlər.
|
|