Nikolo Makiavellinin “Hökmdar” əsərinin onlayn müzakirəsi
|
21.1.2021
|
|
21 yanvar 2021-ci ildə “Zoom meeting”mobil tətbiqi vasitəsilə “Oxunması zəruri olan kitablar”ın siyahısından Nikolo Makiavellinin “Hökmdar” adlı əsərinin onlayn müzakirəsi keçirilmişdir.
Tədbiri giriş sözü ilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova açaraq qeyd etmişdir ki, Hökmdar” əsəri İntibah dövrünün florensiyalı dövlət xadimi Nikolo Makiavellinin ən mühüm və ən mübahisəli əsəridir. Bu əsər işıq üzü gördükdən sonra siyasətdə ikiüzlülüyü, həyasızlığı, özbaşınalığı bildirən “makiavelizm” termini meydana çıxdı. Nikolo Makiavellinin “Hökmdar” əsəri həmişəlik olaraq bəşəriyyətin yaddaşında qalmış, dərin ideya və fikirlərə görə bu əsər dünya mədəniyyəti xəzinəsinə daxil olmuşdur.
M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının bölmə müdiri Nuridə Səfərova “İntibah dövrünün görkəmli italyan siyasi xadimi” adlı mövzu ilə çıxış edərək bildirmişdir ki, Nikolo Makiavelli1469-cu ilmay ayının 3-dəİtaliyanınFlorensiyaşəhərində, hüquqşünas ailəsində anadan olmuşdur. İtaliyada humanizm hərəkatının yol açdığı təhsil proqramına uyğun olaraq, qrammatika, ritorika, latın dilivə mədəniyyəti təhsili almışdır. O 1484-cü ildə katib və səfir kimi Florensiya hökumət xidmətinə daxil olmuşdu.1494-cü ildə Florensiyanı 60 il idarə edən Medici ailəsi devrilirək sürgünə göndərilir və Florensiyada respublika üsul idarəsi qurulur. Daha sonra Makiavelli hərbi işlər üzrə diplomatic konsul vəzifəsinə təyin edilir. 1499və1512-ci illər arasında Araqon kralı II Ferdinand, XII Lüdovik və Romada Papalıq saraylarında diplomatic missiyalarda xidmət edir.
M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının kitabxanaçısı Aysel Əhmədova “Hökmdar” əsərinin əsas ideyası” adlı mövzu ilə çıxış edərək bildirmişdir ki, “Makiavelli sözü gedən əsərdə bir çox şeylərlə bərabər səxavət və qənaət, qəddarlıq və mərhəmət, məhəbbət və nifrət, habelə digər bu kimi anlayışları diqqətlə təhlil edir. Bütün bu anlayışları açıqlayıb, bunlara yeni mənalar verir. Qəddarlıq və məhəbbət anlayışlarını təhlil edərkən Makiavelli göstərir ki, hər bir adam qəddar adam kimi yox, mərhəmətli adam kimi tanınmaq istərdi. Amma o, dərhal da qeyd edir ki, hökmdar əgər təbəələri itaətdə saxlamaq istəyirsə, o, qəddar adam kimi tanınmaqdan çəkinməməlidir. Bir neçə adamı cəzalandırmaq, iğtişaşlara yol verməkdən daha yaxşıdır, çünki qarətlərə və qətllərə səbəb olan iğtişaşlardan bütün adamlar ziyan çəkdiyi halda, hökmdarın verdiyi cəzadan yalnız bir neçə adam ziyan çəkir. Makiavelli əsərin sonunda alovlu bir vətənpərvər kimi İtaliyanın birləşməsini arzulayır və bütün ölkəni bu iş uğrunda mübarizəyə qalxmağa çağırır, hətta bu mübarizənin başında dura biləcək adamın da kim olduğunu açıqlayır.
|
|