“Oxuculara xidmət işinin təşkili” mövzusunda müzakirə
|
16.4.2021
|
|
16 aprel 2021-ci il tarixdə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika
Kitabxanasında “Kitabxanaçı Günü” münasibətilə “Oxuculara xidmət işinin
təşkili” mövzusunda müzakirə keçirilmişdir.
Tədbiri giriş sözü ilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika
Kitabxanasının elmi işlər üzrə direktor müavini Yeganə Rüstəmova açaraq qeyd etmişdir ki,bütün
sivilizasiyalarda cəmiyyət insanlara xidmət etmək, onların tələbatını ödəmək üçün
müxtəlif xidmət növlərindən və formalardan istifadə etmişdir. Bu xidmət növləri
içərisində “kitabxana xidməti”, “biblioqrafiya xidməti”, “informasiya xidməti”
həmişə mədəni və elmi səviyyəyə malik insanların diqqət mərkəzində olmuş, bilik
və zəka daşıyıcıları kimi nəsildən-nəsilə ötürülməklə elmi-texniki tərəqqinin
sürətlənməsinə xidmət etmişdir. İnformasiya xidməti oxucuların informasiya
təlabatlarına cavab verə bilən, oxucular qarşısında böyük informasiya məkanı
yaradan xidmət növüdür. İnformasiyalaşdırılmış cəmiyyətdə oxucu sorğularının
ödənilməsi sahəsində həm ənənəvi, həm də elektron informasiya xidmətindən
qarşılıqlı şəkildə istifadə edilir.
Sonra kitabxananın Oxuculara xidmət şöbəsinin müdiri Dilarə Əliyeva
“Oxuculara xidmət işinin təşkili” mövzusunda çıxış etmişdir. Bildirmişdir ki,
oxuculara xidmət şöbəsinin əsas iş prinsipi oxucularla iş üzərində qurulmuşdur.
Gündəlik görülən işlərin statistik uçotu kitabxana gündəliyində aparılır. Kütləvi
kitabxanalarda istifadə olunan gündəlik 3 hissədən ibarətdir. Birinci hissədə
oxucuların ucotu, ikinci hissədə kitab verilişinin ucotu, ücüncü hissədə isə kütləvi
tədbirlərin uçotu aparılır.Gündəliyin birinci hissəsində oxucu formulyarları və
tələbnamələri əsasında kitabxanacı kitabxanaya yeni yazılmış oxucuların sayını,
cinsini, yaşını, milliyyətini və gün ərzində gəlişin miqdarını qeyd edir. Verilən
kitab, kitabca və jurnalların ucotu gündəliyin 2-ci hissəsində qeyd edilir. İş saatınin
sonunadək gələn oxucular və onlara verilən kitablar jurnala qeyd olunur, bu da hər
ayın axırı və ilin sonunda şöbəyə gələn oxucuların, onlara verilən kitabların cəminin uçot kitabına yazılmasına köməklik edir. Tədbirdə M. S. Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları iştirak etmişdir.
|
|