“Oxunması zəruri olan kitablar”
|
29.6.2021
|
|
29 iyun 2021-ci il tarixdə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında “Oxunması zəruri olan kitablar”ın siyahısına daxil olan “Kitabi - Dədə Qorqud” dastanının müzakirəsi keçirilmişdir.
Tədbiri giriş sözü ilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova açaraq, “Oxunması zəruri olan kitablar” haqqında Sərəncamdan bəhs etmış və bu istiqamətdə keçirilən tədbirlərin böyük əhəmiyyətindən danışmışdır.
M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının biblioqrafı Aysel Əhmədova “Kitabi - Dədə Qorqud” dastanında azərbaycançılıq ideyası” və M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının baş kitabxanaçısı İradə Məmmədova “Kitabi-Dədə Qorqud” dastanı:xalqımızın tarix salnaməsi” adlı mövzularla çıxış edərək bildirmişlər ki, "Kitabi-Dədə Qorqud" türk xalqlarının, xüsusilə, oğuz tayfalarının bədii təfəkküründən doğan folklar incisidir. Lakin eposun ideya məzmunundan onun, eyni zamanda da, möhtəşəm ictimai-siyasi fikir abidəsi olduğu aydın olur. "Kitabi -Dədə Qorqud" azərbaycanlıların və bütövlükdə, bütün oğuzların ictimai-siyasi görüşlərinin klassik və parlaq aynasıdır. Eposda türkdilli xalqların azadlıq, istiqlaliyyət qazanmaq, qurub-yaratmaq meyilləri, dövlətin müstəqilliyi və suverenliyi, əmin-amanlığı uğrunda mübarizə aparmaq, habelə, işğalçı qüvvələri dəf etmək istəyi öz dolğun ifadəsini tapmışdır. "Kitabi-Dədə Qorqud" eposu həm də Azərbaycan xalqının ictimai-siyasi fikir tarixinin əzəmətli abidələrindən biri kimi dəyərləndirilir. "Kitabi-Dədə Qorqud"dakı ictimai-siyasi hadisələr qədim oğuzların ictimai və dövlət həyatı, cəmiyyətdə mövcud olan bəzi sosial-siyasi təsisatlar və s. haqqında təsəvvürlər əldə etməyə imkan verir. Belə ki, oğuzlarda qəbilədaxili hakimiyyət və cəmiyyətin idarəetmə rejimi o dövrdə məhdud məkanda kifayət qədər möhkəmliyə malik olmuş, lakin yazılmamış adət-ənənələr və hüquq normaları ilə tənzimlənmişdir. Cəmiyyətdə hökm sürən adət-ənənə normaları, davranış qaydaları, eləcə də, idarəetmənin ədalət mühakiməsinin həyata keçirilməsində tətbiq edilən normalar, hər şeydən əvvəl, əxlaqi köklərə bağlı olmuşdur. Belə quruluşa malik cəmiyyətdə sosial ədalətin yüksək səviyyədə olduğu bir daha təsdiq olunur. Ədalət şərtlərinə əməl edilməsinin özünün də əsasını əxlaqi dəyərlər təşkil edirdi. Bütün bunlar Oğuz elinin yüksək mənəviyyatlı bir cəmiyyət olmasına şəhadət verir.
Tədbirdə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları və fəal oxucular iştirak etmişdir.
|
|