|
Kitabın Adı:
Azərbaycan multikulturalizminin tarixi kökləri
|
Müəllifi:
Paşayeva Məhəbbət
|
Mövzusu:
Mədəniyyət.Elm.Maarif/Mədəniyyət. Mədəni quruculuq
|
Nəşriyyat:
Bakı,İqtisad Universiteti
|
Səhifə Sayı:
260
|
Dil:
Azərbaycan dili
|
Nəşr ili:
2021
|
Məlumat:
Monoqrafiyada Azərbaycanda məskun olan müxtəlif xalqların və dinlərin tarixinə həsr olunmuşdur. Təqdim olunan kitabda rəngarəng etnik tərkibə malik Azərbaycanda əsrlərdən bəri yaşayan, azərbaycanlı adı altındqa birləşən bütün xalqların etnik tarixi, yayılma arealı, etnogenetik əlaqələri, spesifik xüsusiyyətləri, inancları, folkloru, xalq bayramları, həmçinin ortaq ümumazərbaycan ənənələri, etnoslararası münasibətləri təhlil edilmişdir. Monoqrafiyada Azərbaycanda tarixən mövcud olmuş müxtəlif dinlərin tarixinə də geniş yer verilmiş, bütpərəstlik, zərdüştlük, yəhudilik, xristianlıq, islam dininin yayılması mərhələləri araşdırılmışdır. Tarixən mövcud olmuş mədəni müxtəliflik və etnik- dini tolerantlıq ənənələri, müxtəlif mədəniyyətlərin, ideologiyaların bir-birinə qarşılıqlı təsiri şərh edilməklə yanaşı müasir dövrdə Azərbaycanda konfessiyaların durumu, etno-sosial, etno-mədəni münasibətlər, tolerantlıq mühiti kimi məsələlərə də geniş yer verilmilşdir. Monoqrafiya müəllifin 2006-2019-cu illərdə Azərbaycanın müxtəlif bölgələrində apardığı etnoqrafik çöl tədqiqatları və mövcud tarixi mənbələr əsasında yazılmışdır.
|
Oxunma Sayı: 3
|
|