M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında oxuculara aşağdakı xidmətlər göstərilir:
-İnternet vasitəsilə elektron kitabxanadan istifadə
-Kitabxana daxilində elektron kataloqdan istifadə
-Kitabxana fondunda olan ədəbiyyatlardan və digər vasitələrdən istifadə
-Oxu və dövri mətbuat zalı
Oxu və dövri mətbuat zalında 36 oxucu yeri vardır. Zalda müxtəlif sahələr üzrə ədəbiyyatlar, jurnallar və qəzetlər saxlanılır. Zala 23 adda qəzet, 18 adda jurnal Azərbaycan və rus dillərində alınır. Oxu və dövri mətbuat zalında internetdən istifadə imkanı vardır.
-Elektron oxu zalı
Elektron oxu zalında 12 oxucu, 1 nəzarətçi yeri vardır. Kitabxanada qlobal internet və daxili şəbəkə vasitəsilə xidmət göstərilir. Zalda 12 ədəd kompyuter dəsti oxucuların ixtiyarına verilərək aşağıdakı xidmətlər təklif olunur:
·
Elektron katoloq vasitəsilə kitabxananın fondunda olan
ədəbiyyatlardan istifadə etmək;
·
Skanerdən və printerdən
istifadə;
·
İnternet üzərindən digər kitabxanaların ehtiyatlarından istifadə etmək;
-Naxçıvanşünaslıq bölməsinin oxu zalı
Naxçıvanşünaslıq elmi biblioqrafiya bölməsində oxuculara xidmət üçün nəzərdə tutulan 4 nəfərlik oxu zalı fəaliyyət göstərir.
Burada yalnız naxçıvanlı müəlliflərin kitabları, əsərləri toplanır.
Oxu zalı əssasən elmi işçilər üçün nəzərdə tutulmuşdur.
- Evə kitab verilir (10 günlük);
- Oxucuların şifahi və yazılı sorğuları cavablandırılır;
-Kitab mübadiləsi aparılır.