NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN
S Ə R Ə N C A M I
Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika
Kitabxanasının 90 illik yubileyinin keçirilməsi haqqında
2012-ci ildə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika
Kitabxanasının yaradılmasının 90 illiyi tamam olur.
Qədim tarixə və zəngin mədəniyyətə malik olan Naxçıvan Muxtar
Respublikası Azərbaycan maarifçilik hərəkatına və kitab mədəniyyətinin
inkişafına mühüm töhfələr vermişdir. Tarixi mənbələrdən aydın olur ki, orta
əsrlərdə Naxçıvanda fəaliyyət göstərən mədrəsələrdə təlim-tədris işlərinə
köməklik məqsədilə kitabxanalar yaradılmış, 1837-ci ildə Naxçıvan şəhərində
açılmış rus-tatar məktəbində ilk kitabxana təşkil edilmişdir. Kitab
mədəniyyətinin inkişafında görkəmli ziyalıların şəxsi kitabxanalarının da
özünəməxsus rolu olmuş, Eynalıbəy Sultanovun, Bəhruz Kəngərlinin, Mirzəlibəy
Bəktaşinin, Şahbazağa Kəngərlinin, Rza Təhmasibin və başqa ziyalıların şəxsi
kitabxanaları xalqın maariflənməsinə xidmət etmişdir.
Ötən əsrin əvvəllərindən başlayaraq Azərbaycanın
ayrı-ayrı bölgələrində olduğu kimi, Naxçıvanda da ilk ictimai-kütləvi kitabxana
və qiraətxanalar fəaliyyətə başlamış, 1922-ci ildə Xalq Maarif Komisarlığı
tərəfindən Naxçıvan Şəhər Kitabxanası təsis edilmiş, 1930-cu ildə həmin
kitabxananın bazasında Naxçıvan Muxtar Respublika Kitabxanası yaradılmışdır.
Kitaba olan marağı artırmaq məqsədilə 1933-cü ildə respublika kitabxanasının
yanında qiraət salonu təşkil olunmuş, kitabxananın təşkil etdiyi səyyari
kitabxana Naxçıvan şəhəri ilə yanaşı ətraf kəndləri də əhatə etmişdir. 1953-cü
ildə Naxçıvan Muxtar Respublika Kitabxanasına Azərbaycan ədəbiyyatında tarixi
roman janrının banisi, böyük ədib Məmməd Səid Ordubadinin adı verimişdir.
Son illər muxtar respublikada gedən mədəni yüksəliş
kitabxanalara da təsir etmiş, muxtar respublikada fəaliyyət göstərən kitabxanalar, o
cümlədən Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası da
dövlət qayğısı ilə əhatə olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci
madddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq mədəni və mənəvi
sərvətlərimizin qorunub saxlanmasında və təbliğində mühüm rola malik olan Məmməd
Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının 90 illik
yubileyinin keçirilməsi məqsədilə qərara alıram :
1. Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının 90 illik yubileyi Naxçıvan Muxtar Respublikasında qeyd edilsin.
2. “Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika
Kitabxanasının 90 illik yubileyinin keçirilməsi ilə əlaqədar Tədbirlər Planı”
təsdiq edilsin (əlavə olunur).
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin
Sədri VASİF TALIBOV
Naxçıvan şəhəri, 19 aprel 2012-ci il.
№
77-04/S
Naxçıvan
Muxtar Respublikası Ali
Məclisi
Sədrinin 2012-ci il 19
aprel
tarixli
77-04/S nömrəli
Sərəncamı ilə
təsdiq
edilmişdir
Məmməd Səid
Ordubadi adına Naxçıvan Muxtar Respublika
Kitabxanasının 90 illik yubileyinin keçirilməsi haqqında
TƏDBİRLƏR
PLANI
№ |
Tədbirin adı |
İcra müddəti |
İcraya məsul təşkilatlar |
1. |
Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının 90 illik yubileyinin muxtar respublikada geniş qeyd edilməsi
|
Dekabr, 2012-ci il
|
Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm Nazirliyi
|
2. |
Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının 90 illik yubileyi ilə əlaqədar elmi konfransın keçirilməsi.
|
Oktyabr, 2012-ci il
|
AMEA-nın Naxçıvan Bölməsi, Naxçıvan Dövlət Universiteti
|
3. |
Naxçıvan Muxtar Respublika Kitabxanasının bazasında elektron kitabxananın yaradılması
|
2012-ci il |
Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi
|
4. |
Kitabxana fondunun yeni kitab və jurnallarla zənginləşdirilməsi
|
Mütəmadi |
Naxçıvan Muxtar Respublikasının Mədəniyyət və Turizim Nazirliyi
|
5. |
Kitabxananın fəaliyyəti ilə bağlı tematik verlişlərin və qəzet materiallarının hazırlanması, keçirilən tədbirlərin işıqlandırılması
|
Mütəmadi |
Naxçıvan Muxtar Respublikasının Dövlət Televiziya və Radio Verlişləri Komitəsi, “Şərq qapısı” qəzeti
|