|
Kitabın Adı:
Müstəqilliyimiz əbədidir
6-cı kitab
|
Müəllifi:
Əliyev Heydər
|
Mövzusu:
İctimai və humanitar elmlər/Siyasət. Siyasi elmlər
|
Nəşriyyat:
Bakı,Azərnəşr
|
Səhifə Sayı:
400
|
Dil:
Azərbaycan dili
|
Nəşr ili:
2025
|
Məlumat:
Ümummilli lider heydər Əliyevin "Müstəqilliyimiz əbədidir" çoxcildliyinin bu cildində 11 dekabr 1994 - 12 mart 1995-ci il
tarixləri dövründə olan çıxışları, nitqləri, bəyanatları, müraciətləri, müsahibələri və məktubları toplanıb. Burada ölkəmizdə hüquqi, demokratik-dünyəvi dövlət quruculuğu prosesindən, ictimai-siyasi, iqtisadi, mədəni həyatın bir çox sahələrindən, xarici ölkələrlə əlaqələrin genişləndirilməsindən bəhs olunur. Ulu öndərin İslam Konfransı Təşkilatının Kasablankada 7-ci Zirvə toplantısı əsnasında keçirdiyi çoxsaylı görüş və çıxışları,
müsahibəsi, aqrar bölmədə islahatlara həsr olunmuş respublika
müşavirəsində, böyük Azərbaycan rəssamı Səttar Bəhlulzadənin 85 illik yubileyində və Cəlil Məmmədquluzadənin ev - muzeyinin
açılışındakı nitqləri, eyni zamanda, "Reklamnıy Vestniki" in müxbirinə müsahibəsi toplanmışdır.
Bu cilddə, həmçinin Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, ölkənin bazar iqtisadiyyatına keçid dövründə yaranmış çətinliklərin dəf edilməsi, respublikamızın ərazi bütövlüyünün bərpası üçün ölkə rəhbərinin beynəlxalq aləmdə apardığı intensiv danışıqlar, erməni təcavüzünün ağır nəticələrinin aradan qaldırılması, daxili və xarici siyasətin başlıca istiqamətləri, ictimai-siyasi həyatın digər vacib məsələlərinə dair materiallar verilib.
|
Oxunma Sayı:
|
|