* 1922-ci ildə  Azərbaycan
        Xalq Maarif Komissarlığı tərəfindən Naxçıvan Şəhər Kitabxanası təsis edilmişdir.
 
       * 1930-cu  ildə həmin  kitabxananın  bazasında  Naxçıvan Muxtar Respublika  Kitabxanası yaradılmışdır.
        * 1953-cü ildən  Naxçıvan Muxtar Respublika  Kitabxanasına Azərbaycan ədəbiyyatında tarixi roman janrının banisi, böyük ədib Məmməd Səid Ordubadinin adı verilmişdir.
         * Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri "Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının 90 illik yubileyinin keçirilməsi haqqında" 19 aprel 2012-ci il tarixində  
 sərəncam  imzalamışdır.