Mütaliə gününün keçirilməsi
|
12.7.2019
|
|
12 iyul 2019-cu il tarixdə Heydər Əliyev Uşaq –Gənclər Yaradıcılıq Mərkəzində Mütaliə gününün keçirilməsi ilə əlaqədar “Gəlin kitab oxuyaq” mövzusunda tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova açmışdır. M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının komplektləşdirmə şöbəsinin müdiri Rahilə Məmmədova “Elektron kitabxana və mütaliə problemləri”, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının metodika və biblioqrafiya şöbəsinin böyük kitabxanaçısı Nuriyyə Mədətova “Mütaliə mədəniyyyətinin inkişafı cəmiyyətin intellektual səviyyəsinin yüksəldilməsinə xidmət edir”, Heydər Əliyev Uşaq –Gənclər Yaradıcılıq Mərkəzinin kitabxana müdiri Çinarə Səfərova “Kitabları sevək” adlı mövzularla çıxış etmişdirlər. Çıxışlarda bildirilmişdir ki, mütaliə yeniyetmə və gənclərin bilik və bacarığının artırılmasında, onların intellektual səviyyəsinin yüksəldilməsində, nəticə etibarı ilə həm də azərbaycançılıq məfkurəsinin formalaşmasında mühüm rol oynayır. Mənəvi inkişafın başlıca səbəbi mütaliədir. Zövqünə uyğun müxtəlif mövzulu kitabların oxunması insanlarda düşünməni sürətləndirməklə bərabər, mənəviyyatın da inkişafına səbəb olur. Mütaliə müasir dövrün və tarixi keçmişin hadisələri ilə yaxından tanış olmağa, ictimai münasibətlərin dərk edilməsinə, həyatda obyektiv baxışın formalaşmasına, eləcə də cəmiyyətin həyat tərzi üçün xarakterik olan etik, hüquqi və estetik normaların mənimsənilməsinə kömək edir. Bütün insanlar dərk edirlər ki, xalqın mədəni səviyyəsinin və elminin yüksəlmə¬sin¬də kitabın rolu misilsizdir. Buna görə də, dün¬ya xalqlarının böyük əksəriyyəti, o cüm¬lə-dən xalqımız kitaba qayğı və hörmətlə ya¬na¬şır, onu sevir, mütaliə edir, onun rolunu yüksək dəyərləndirir. Kitab oxucunun hərtərəfli inkişafına məq¬-sədyönlü təsir göstərən vasitə kimi cə¬miy¬yətdə mühüm yer tutmuşdur. Tədbirdə Heydər Əliyev Uşaq –Gənclər Yaradıcılıq Mərkəzinin, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları, uşaq və gənclər olmaqla ümumilikdə 33 nəfər iştirak etmişdir.
|
|