“Muğam xalqımızın incisidir” mövzusunda ədəbi-musiqili gecə
|
30.8.2019
|
|
30 avqust 2019-cu il tarixdə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında “Kitabxana Günü” ilə əlaqədar olaraq Beynəlxalq Azərbaycan Muğamı günü münasibətilə “Muğam xalqımızın incisidir” mövzusunda ədəbi musiqili gecə keçirilmişdir.Tədbiri giriş sözü ilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının elmi işlər üzrə direktor müavini Yeganə Rüstəmova açmışdır. Daha sonra M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının kütləvi iş şöbəsinin müdiri Nərmin Allahverdiyeva “Muğam adlarının yaranma tarixi”, musiqi-not şöbəsinin müdiri Nailə Rəhimova “Muğam bizim milli sərvətimizdir” adlı mövzularla çıxışlar etmişdirlər. Çıxışlarda bildirilmişdir ki, muğamların adlarını əsasən ərəb və fars sözləri ilə ,bəzən onu yaxşı ifa edən şəxsin və həmin muğamın yarandığı yerin adı ilə adlandırırlar. «Məsələn, «Azərbaycan», «Nişapur», «Zabul», «Mavərənnəhr», «Bağdadi», «Kürdi», «Şirvani», «Qarabaği», «Qacarı», «Osmani», «Şah Xətai», «Kərkuki», «Raki-hindi» və s. Mir Möhsün Nəvvab göstərirdi ki, bir çox muğamların adları müxtəlif təbiət hadisələri ilə də bağlıdır. Öz tarixi etibarilə qədim keçmişlə bağlı olan muğamatın harada, nə vaxt və kim tərəfindən yaradıldığını konkret şəkildə demək çox çətindir.Çünki muğam musiqisi Yaxın və Orta Şərq, Afrika və Asiya qitəsi xalqlarının mədəniyyətinə daxildir. Muğam xalqımızın incisidir, xalqımızın genetik kodudur. Bir sözlə, milli sərvətimizdir. Nəsillərdən-nəsillərə keçərək muğam Azərbaycan xalqının qan yaddaşında qalıb, xalqımızın ürəyində əbədi iz buraxmışdır.
Tədbirin sonunda isə sərgiyə baxış olmuş və slayd nümayiş edilmişdir. Tədbirdə M.S. Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları olmaqla 20 nəfər iştirak etmişdirlər.
|
|