Dövlət xadimi Həmid Şahtaxtinskinin anadan olmasının 140 illiyi
|
11.3.2020
|
|
11 mart 2020-ci il tarixdə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Dövlət xadimi Həmid Şahtaxtinskinin anadan olmasının 140 illiyi münasibətilə tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova açmışdır. Daha sonra M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının elmi katibi Günay Kəngərli “Unudulmayan insan-Həmid bəy Şahtaxtinski”, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının kitabxanaçısı Aysel Əhmədova “Görkəmli təhsil təşkilatçısı, böyük maarifçi” adlı mövzularla çıxışlar etmişdir. Çıxışlarda bildirilmişdir ki, Azərbaycan tarixində Şahtaxtinski soyadını daşıyan ziyalıların özünəməxsus yeri və böyük xidmətləri vardır. Bu məşhur nəslin nümayəndələri görkəmli dövlət xadimi, ictimaiyyətçi, diplomat, hərbçi, həkim, müəllim kimi və digər sahələrdə doğma xalqa hər zaman layiqincə xidmət ediblər. Onlardan İsa Sultan Şahtaxtinski, Məhəmmədağa Şahtaxtlı, Əbülfət Şahtaxtinski, Leyla xanım Şahtaxtinskaya, Baxşəli ağa Şahtaxtinski, Behbud bəy Şahtaxtinski, Həbibulla bəy Şahtaxtinski, Elmira xanım Şahtaxtinskaya, Toğrul Şahtaxtinski, Məhəmməd Şahtaxtinski və Aleksis Şahtaxtinski nəinki Azərbaycanda, eləcə də dünyada xalqımızı layiqincə təmsil edərək, öz dövrlərinin nüfuzlu simalarından olmuşdurlar. Tədbirdə M. S. Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları və fəal oxucular olmaqla ümumilikdə 30 nəfər iştirak etmişdir.
|
|