“Ədəbiyyatın pdf olunması” mövzusunda müzakirə
|
16.7.2021
|
|
16 iyul 2021-ci il il tarixində M.S.Ordubadi adına Naxçıvan MR Kitabxanasında “Kitabxanaçı Günü” münasibətilə “Ədəbiyyatın pdf olunması” mövzusunda müzakirə keçirilmişdir. Tədbiri giriş sözü ilə M.S.Ordubadi adına Naxçıvan MR Kitabxanasının direktoru T.Əsgərova açmışdır.
M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının informasiya - resurs şöbəsinin müdiri Güləsər Məbudova “Ədəbiyyatın pdf olunması” adlı mövzu ilə çıxış edərək bildirmişdir ki, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının bazasında 2012-ci ildə elektron kitabxana yaranmışdır. Bununla əlaqədar kitabxanada 2 yenə şöbə fəaliyyətə başlamışdır. Bunlardan biri Kitabxana- biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsi, digəri isə informasiya-resurs şöbəsidir. İnformasiya-resurs şöbəsi kitabxananın informasiya resursları, şəbəkələri ilə təminatını, informasiya təhlükəsizliyi və fərdi məlumatların mühafizəsi üçün kompyuter proqramlarının tətbiqini təşkil edir. Şöbə kitabxananın vahid kompyuter şəbəkəsinin və proqram təminatının yaradılmasını, internet səhifəsinin fəaliyyətini təmin edən proqramların tənzimlənməsini və müasir texnologiyalara uyğun olaraq elektron informasiya məlumatlarının mühafizəsini təmin edir. Kitabxananın elektron informasiya təminatının həyata keçirilməsində fəaliyyət istiqamətləri üzrə iştirak edir. Şöbədə 1 skayner aparatı, 2 kompyuter var. Bundan əlavə sever aparatı da informasiya- resurs şöbəsinin nəzdində yerləşir. Sever aparatı kitabxananın veb- saytının idarə olunması, veb saytın operativ yenilənməsinə, əlavə və dəyişiklərin edilməsi, şəbəkənin antivirus proqramının, habelə lokal və internet şəbəkəsinin fəaliyyətini təşkil edir, nəzarət funksiyasını həyata keçirir. Müəllif hüquqlarının qorunmasını rəhbər tutaraq AKİS –lərin imkanlarından istifadə etməklə elektron kitabxananın bazalarının zənginləşdirilməsi, yeni elektron məlumat bazalarının yaradılması işlərini həyata keçirir.
İnformasiya-resurs şöbəsinin əsas işi oxucuların tələbatı ilə bağlıdır.Ən çox tələbələr müraciət etdiyi üçün dərsliklərə daha çox yer verilir. Kitabsaxlama şöbəsindən kitablar götürüərək skayner aparatı vasitəsilə səhifələrin bir-bir surəti çəkilir. Sonra “Prolib” proqramı vasitəsilə kitabların üzərində işlənilir. Əgər köhnə kitabdırsa rəng verilir, səhifələrin ölçüləri düzəldilir. Sonra hazır kitablar internet saytına yerləşdirilir. Şöbə həmçinin, M.S.Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının saytının (e-kitab@nakhchivan.az) və elektron kataloqun oxucular tərəfindən açılıb oxunmasını təmin edir. Vətəndaşlar tərəfindən kitabxananın internet informasiya ehtiyatlarından sərbəst, maneəsiz və hamı üçün bərabər şərtlərlə istifadə olunması üçün tez və asan əldə edilən, optimal şərait yaradılmasını təmin edir.
|
|