“2022-Şuşa İli” adlı sərgi
|
18.1.2022
|
|
Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən M.S.Ordubadi adına
Naxçıvan Muxtar Respublika Kitabxanasında 18 yanvar 2022-ci il tarixdə “2022-Şuşa İli” adlı sərgi təşkil edilmişdir. Sərgidə Şuşanın tarixinə, coğrafiyasına, mədəniyyətinə, incəsənətinə, məişətinə və s. sahələrinə dair Azərbaycan və xarici dillərdə kitablar nümayiş edilmişdir. Sərgidə İlham Əliyevin “İnkişaf –məqsədimizdir” adlı çoxcildliyinin 108-ci, 112-ci, 113-cü cildləri nümayiş edilmişdir. 108-ci cild “Qələbə kitabı” adlandırılmışdır. Çoxcildliyin bu cildində tarixi ədalətin bərpasından-Ali Baş Komandan İlham Əliyevin birbaşa rəhbərliyi ilə Müzəffər Azərbaycan Ordusunun 44 günlük müharibədən sonra başa çatan şanlı zəfərindən bəhs edilmişdir. Çoxcildliyin 112-ci cildində işğaldan azad olunan Şuşada-Cıdır düzündə keçirilmiş “Xarıbülbül” musiqi festivalında Ali Baş Komandanın tarixi çıxışı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyub Ərdoğanın Şuşa şəhərinə səfərinə, səfər çərçivəsində Şuşa Bəyannaməsinin imzalanması mərasiminə aid materiallar və s. toplanmışdır. 113-
cü cilddə Ali Baş Komandanın Kəlbəcər, Laçın, Füzuli rayonlarına, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa, Naftalan şəhərlərinə və Goranboya səfərlərinə dair
materiallar, həmçinin İkinci Qarabağ müharibəsi və qazanılan Zəfər haqqında isə “CNN Türk” kanalına genişhəcmli müsahibələri toplanmışdır. Sərgidə həmçinin, “Şuşa- Azərbaycanın mədəniyyət paytaxtı”, “Şuşa-Azərbaycanın mədəniyyət və tarix incisidir”, T. Mustafazadənin “Qarabağ xanlığı”, Q. Hacıyevin “Qarabağ tarixi”, Y. Məğrurun “Gəlirəm, Qarabağ”, F. Güneyin “Qara qan”, şairə Xuraman xanımın “Qarabağım qəm ocağım”, T. Arifqızının “Qarabağda 44 gün”, Ş. Qafarın “Savaş zəfərlə bitdi”, F. Şuşinskinin “Azərbaycanın musiqi xəzinəsi”, T.Əmiraslanov və A. Əmiraslanovanın “Qarabağ mətbəxi” X.Xəlilovun “Qarabağın elat dünyası”, F.Şuşinskinin “Şərq musiqisinin peyğəmbəri”, Q. Naxçıvanlının “Zəfərə addım-addım”, K.Kərimlinin “Ürəyimin şüşəsi Şuşa”, N.Əlisoyun “Müharibənin görünməyən qəhrəmanları” və s. kitablar nümayış edilmişdir. Sərgi ilin sonunadək nümayiş ediləcək və il ərzində kitabxanaya bu mövzuda gələn yeni kitablarla daha da zənginləşəcək.
|
|