“26 İyun Milli Silahlı Qüvvələr Günü”
|
20.6.2024
|
|
20 iyun 2024-cü il tarixdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə sərgi təşkil edilmişdir. Sərgidə 27 kitab nümayiş edilmişdir.
Sərgidə nümayiş edilən İ. Əliyevin çoxcildli "İnkişaf məqsədimizdir" adlı 109-cu və 111-ci kitablarında Ali Baş Komandan İlham Əliyevin yüksək siyasəti və qətiyyəti sayəsində rəşadətli ordumuzun döyüşlərdə göstərdiyi şücaətlərdən bəhs edilir. 5 cilddən ibarət olan M. Süleymanovun "Azərbaycan ordusunun tarixi" kitabında ordu quruculuğunun Xalq Cümhuriyyəti dövründən başlayaraq müstəqillik illərinədək tarixi araşdırılmışdır. "Hərb məharəti tarixi" kitabında ən qədim dövrlərdən başlayaraq XX əsrin əvvəllərinə qədər Azərbaycan hərb tarixinin ən maraqlı nümunələri araşdırılmış, hərb sahəsinin inkişaf xüsusiyyətləri təhlil edilmişdir. V. Əsgərovun "Azərbaycanın Milli Qəhrəmanları" kitabında Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda mərdlik və şücaət göstərmiş "Azərbaycanın Milli Qəhrəmanı" kimi şərəfli ada layiq görülmüş 211 Milli Qəhrəmanın həyat və fəaliyyətindən, keçdiyi döyüş yolundan söhbət açılmışdır. A. Qurbaninin "Cəbhə bölgəsi" kitabında Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın ordu quruculuğundakı misilsiz xidmətlərindən, cəbhə bölgəsində vətən, xalq, dövlət birliyindən, hərbi hissələrimizin uğur və nailiyyətlərindən bəhs edilmişdir. "Vətən mücahidləri" kitabında Aprel döyüşlərində qəhrəmanlıqlar göstərmiş igid oğullarımızın döyüşdə keçdiyi çətin və şərəfli yollardan bəhs edilmiş, qəhrəmanların həyat yoluna nəzər salınmışdır. M. Hacıyevanın "Zöhrə Ulduzum" kitabı 2020-ci ildə həyata keçirilmiş "Dəmir yumruq əməliyyatı" adlı 44 günlük şanlı zəfərimizə və Qarabağı işğaldan azad edən rəşadətli ordumuzun qəhrəman qazi və şəhidlərinə həsr edilmişdir. N.Məmmədovun “İkinci Qarabağ müharibəsi: Zəfər salnaməsi” adlı kitabında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, şanlı ordumuzun – xalqımızın sarsılmaz iradəsi, birliyi və qardaş Türkiyənin böyük mənəvi dəstəyi ilə 44 gün davam edən II Qarabağ müharibəsində qazanılan qələbədən bəhs edilmiş, igid oğullarımızın keçdiyi şanlı döyüş yoluna nəzər yetirilmişdir.
Sərgidə həmçinin, "Sərkərdə ömrü", R.Əsgərovanın “Gültəkin zirvəsi”, Q. Hacıyev və Ə. Çingizoğlunun "Qarabağlı hərbçilər", S. Şirinovun "Xüsusi təyinatlı", E. Yurdoğlunun "İki şəhid- iki zirvə", İ. Əlilinin "Vətənin cəsur döyüşçüləri", R. Nəcəfovanın "İşğaldan qələbəyə 44 addım", T. Arifqızının "Qarabağda 44 gün", Y. Məğrurun "Gəlirəm, Qarabağ..." və s. ordumuzun keçdiyi inkişaf mərhələlərini, şanlı zəfərimizin tarixini, igidlərimizin qəhrəmanlıq salnamələrini əks etdirən kitablar toplanmışdır. Sərgi iyun ayının 30-dək nümayiş ediləcək.
|
|