Əliqulu Qəmküsar - 145
|
22.5.2025
|
|
22 may 2025-ci il tarixdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında şair Əliqulu Qəmküsarın anadan olmasının 145 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının elmi işlər üzrə direktor müavini Yeganə Səfərova açaraq qeyd edib ki, Əliqulu Qəmküsar XX əsr realist ədəbiyyatımızın, xüsusilə məşhur “Molla Nəsrəddin” ədəbi məktəbinin tanınmış nümayəndələrindən biridir. Onun adı M.Ə.Sabir, Ə.Nəzmi, M.S.Ordubadi kimi görkəmli satirik şairlərimizlə birlikdə çəkilir, yad edilir. Ədib misilsiz xidmətlərilə Azərbaycanda mədəni inkişafa böyük töhfələr verib.
Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Elektron zal müdiri Heyran Talıbova “Mollanəsrəddinçi şair – Əliqulu Qəmküsar” və kitabxanaçı Surə Vəliyeva “Əliqulu Qəmküsar yaradıcılığı” adlı mövzularla çıxış edərək bildiriblər ki, Ə. Qəmküsar Naxçıvanda anadan olub və ilk təhsilini M.T.Sidqinin açdığı “Məktəbi-tərbiyə”də alıb. Ə.Qəmküsar 1906-cı ildən "Cüvəllağı", "Cüvəllağıbəy", "Sarsaqqulubəy", "Simurq" və başqa imzalarla dərc etdirdiyi satirik şeir və felyetonlarında fanatizmi, gerilik və cəhaləti, fırıldaqçı ruhaniləri və s. tənqid edib. Ə. Qəmküsar əsərlərini, publisist yazılarını təkcə "Molla Nəsrəddin" jurnalında deyil, "Yeni Füyuzat", "Həyat", "İrşad", "Sədayi-həqq", "Al bayraq", "Gələcək" və s. qəzet və jurnallarda da çap etdirib. Ədibin yaradıcılığında Azərbaycan xalqı¬nın milli azadlığı, müs-tə¬¬qilliyi öz əksini tapıb. O, Cənubi Azərbaycanda alovlanan azadlıq hərəkatında fəal iştirak edən ziyalılarımızdandır. Ə. Qəmküsar həm də fədakar teatr xadimi kimi tanınıb. O, 1916-cı ildə Bakı səhnəsində görkəmli yazıçı C.Məmmədquluzadənin “Ölülər” əsərindəki Şeyx Nəsrullah obrazını canlandırıb. Naxçıvanda teatrın yaranıb inkişaf etməsində ədibin misilsiz xidmətləri olub.
Tədbirdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları olmaqla 21 nəfər iştirak ediblər.
|
|