"Mütaliə günü"
|
11.7.2025
|
|
11 iyul 2025-ci il tarixdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanası tərəfindən “Xan-Sarayı” Dövlət Tarix Memarlıq Muzeyində "Mütaliə günü" ilə əlaqədar "Gəlin kitab oxuyaq, dünyamızı, tariximizi, özümüzü kəşf edək" mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova açaraq bildirib ki, həyata baxışımızın dəyişməsində, fikirlərimizin düzgün istiqamətə yönəlməsində oxuduğumuz kitabların çox böyük əhəmiyyəti var. Kitab bizə doğru yol göstərir. İnsan nə qədər çox mütaliə edərsə, düşüncəsi bir o qədər artar. Yalnız mütaliə vasitəsilə biz intellektual səviyyəmizi artırmaqla, cəmiyyətdə mühüm mövqeyə sahib ola bilərik.
Sonra Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Kütləvi iş şöbəsinin müdiri Turqay Orucov "Kitabın həyatımızdakı rolu" və Elektron zal müdiri Heyran Talıbova "Kitab bilik, zəka, kamillik vasitəsidir" adlı mövzularla çıxış edərək qeyd ediblər ki, kitab bəşər mədəniyyətinin ən böyük nailiyyətlərindən biridir. Bu, bir həqiqətdir ki, bilik xəzinəsinin qapılarını bizim üzümüzə bəşəriyyətin yaratdığı möcüzələrdən olan kitablar açır. Böyüməkdə olan nəslin inkişafında, təlim-tərbiyəsində kitabın və mütaliənin necə mühüm rol oynadığını hamımız bilirik. Aqillər kitabı bilik, zəka, kamillik vasitəsi hesab edirlər. Bu, səbəbsiz deyil. Çünki insanlar ən yüksək keyfiyyətləri məhz mütaliə etməklə qazanır. Kitab oxumaq insanın ruhunu qidalandıran, daxilindəki mənəvi boşluğu dolduran çox əhəmiyyətli bir vasitədir. Çətin zamanlarda düzgün qərar verməyimizdə kitablar bizə kömək edir. Kitaba, mütaliəyə yüksək münasibətin tarixi kökləri daha qədimlərə gedib çıxır.
Sonra mövzu ətrafında müzakirə aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Sonda kitabxana əməkdaşları muzeyin eksponatları ilə tanış olublar.
Tədbirdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının və “Xan-Sarayı” Dövlət Tarix Memarlıq Muzeyinin əməkdaşları olmaqla 12 nəfər iştirak edib.
|
|