|
Ulu Öndərin anım günü
|
|
12.12.2025
|
|
12 dekabr 2025-ci il tarixdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı “Ulu Öndərin ideyaları qüdrətli Azərbaycan dövlətinin təməlidir” adlı tədbir keçirilib.
Tədbir başlamazdan öncə xalqımızın dahi oğlu, Ümummilli Liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru Tamella Əsgərova açaraq qeyd edib ki, Ümummilli Lider Heydər Əliyev tarixə öz adını əbədi həkk edən nadir şəxsiyyətlərdəndir. İstər SSRİ dövründə, istərsə də müstəqilliyimizin ilk illərində Azərbaycanın milli azadlıq və istiqlaliyyəti, gələcək inkişafı naminə əsl xilaskarlıq missiyasını yerinə yetirən qüdrətli siyasi xadim daim böyük ehtiramla, hörmətlə xatırlanır. O, sağ ikən canlı əfsanəyə çevrilib, bütün dünya azərbaycanlılarının sonsuz sevgisini qazanıb.
Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Kütləvi iş şöbəsinin müdiri Turqay Orucov “Ömrünü vətənə və xalqa həsr edən dahi lider" və Qeydiyyat bölməsinin müdiri Elnurə Əsgərova “Ulu Öndərin ideyaları əbədiyaşardır" adlı mövzularla çıxış edərək bildiriblər ki, Heydər Əliyev uzaqgörən siyasətçi olduğunu ölkəyə ilk dəfə rəhbərlik etdiyi 1969-1982- ci illərdə sübut edib. Həmin illərdə Azərbaycan dövlət quruculuğunda, iqtisadiyyatın, elmin, mədəniyyətin və başqa sahələrin inkişafında, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasında böyük nailiyyətlər qazanıb. Ömrünü canı qədər sevdiyi Azərbaycana həsr edən Ulu Öndərin xidmətləri, milli siyasət və inkişaf strategiyası bu gün də ölkəmizdə davam etdirilir. Azərbaycan xalqı Ulu Öndərin irsini və siyasi kursunu davam etdirən Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin ətrafında sıx birləşib, Qalib Liderin rəhbərliyi ilə özünün yeni müasir inkişaf dövrünü yaşayır.
Sonra Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş "Xalqın adamı" adlı sənədli filmə və sərgiyə baxış keçirilib.
Tədbirdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları və fəal oxucular olmaqla 32 nəfər iştirak edib.
|
|