|
Yusif Səmədoğlu - 90
|
|
16.12.2025
|
|
16 dekabr 2025-ci il tarixdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında Xalq yazıçısı Yusif Səmədoğlunun anadan olmasının 90 illik yubileyi münasibətilə “XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi – Yusif Səmədoğlu” mövzusunda tədbir keçirilib.
Tədbiri giriş sözü ilə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının elmi işlər üzrə direktor müavini Yeganə Səfərova açaraq qeyd edib ki, XX əsr Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus yer tutan Y.Səmədoğlu həyata, gerçəkliyə fərqli münasibəti, dünyagörüşü ilə seçilib. Yazıçı əsərlərində dövrün mühüm məsələlərinə toxunub, mənəvi-ictimai problemləri ön plana çəkib. Y.Səmədoğlunun əsərlərində xalqın taleyi, mənəviyyatı ön planda olduğundan oxucular tərəfindən rəğbətlə qarşılanıb.
Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının Oxuculara xidmət şöbəsinin müdiri Aysel Musayeva “Yusif Səmədoğlunun həyat və yaradıcılığı” və kitabxanaçı Əfsanə Bayramlı “Yazıçının əsərlərində milli ideyanın təbliği” mövzusunda çıxış edərək bildiriblər ki, Y.Səmədoğlu 1935-ci ildə Bakı şəhərində Xalq şairi Səməd Vurğunun ailəsində dünyaya gəlib. O, “Azərbaycan” jurnalı redaksiyasında ədəbi işçi, nəşr şöbəsinin müdiri, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında ssenari redaksiya heyətinin üzvü, “Ulduz” və “Azərbaycan” jurnallarının baş redaktoru vəzifəsində çalışıb. Yazıçı “Soyuq daş”, “Foto-fantaziya”, “İncə dərəsində yaz çağı”, “Bayatı-Şiraz”, “Astana” və s. hekayələrin, “Qətl günü”, “220 saylı otaq” və “Qalaktika” adlı kitabların müəllifidir. Yazıçının “Qətl günü” romanında 80-ci illərin repressiya dövrünün ən dəhşətli zülmləri və faciələri canlanıb. Y.Səmədoğlunun əsərləri bu gün də aktuallığını qoruyub saxlayır. Onun fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilərək “Şöhrət” ordeninə, Əməkdar incəsənət xadimi və Xalq yazıçısı fəxri adlarına layiq görülüb.
Sonda “Yusif Səmədoğlu – 90” adlı sərgiyə baxış olub.
Tədbirdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının əməkdaşları və fəal oxucular olmaqla 28 nəfər iştirak edib.
|
|