|
Milli Teatr Günü
|
|
6.3.2026
|
|
06 mart 2026-cı il tarixdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında “Milli Teatr Günü” adlı sərgi təşkil edilib.
Sərgidə teatrşünaslıq elminin keçdiyi inkişaf yolundan, görkəmli səhnə ustalarının xidmətlərindən və teatr tarixindən bəhs edən 38 kitab nümayiş edilir.
Sərgidə nümayiş edilən İ. Rəhimlinin 4 cildlik “Azərbaycan teatr tarixi” kitabında Azərbaycan milli teatr tarixinin inkişaf yoluna nəzər salınır. 3 cildlik “Səhnə fədailəri” kitabında görkəmli, məşhur, unudulmaz teatr xadimləri haqqında portret-oçerklər toplanıb. Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə işıq üzü görən 2 cildlik “Azərbaycan teatr antologiyası” müxtəlif illərin mətbuat səhifələrində, məqalələrdə və monoqrafiyalarda, həmçinin akademik nəşrlərdə yer alan elmi mülahizələr və qənaətlər toplusudur. İ. Rəhimlinin 3 cildlik “Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı” kitabında ilk dəfə olaraq sənət ocağının tarixi xronoloji ardıcıllıqla araşdırılıb. Ə. Qəhrəmanov və S. İbrahimovun “Naxçıvan Teatrının Salnaməsi” kitabında Azərbaycan teatrı salnaməsinə parlaq səhifələr yazan Naxçıvan Musiqili Dram Teatrının 1883-cü ildən 2008-ci ilədək fəaliyyəti, təşəkkülü və inkişafı haqqında geniş məlumat verilib. Ə. Qəhrəmanovun “Təbriz teatrı və Böyükxan Naxçıvanski” kitabında Təbriz teatrı haqqında yeni tarixi faktlar araşdırılıb, aktyor və rejissorlar haqqında ətraflı məlumatlar verilib. “Naxçıvan teatrında rejissor sənəti” kitabında Naxçıvan teatrında fəaliyyət göstərən rejissorların yaradıcılq yolları müxtəlif mərhələlər üzrə araşdırılıb. A. İsmayılovun “Nehrəmli qız” kitabında Azərbaycanın xalq artisti Zəroş Həmzəyevanın həyat və fəaliyyətindən söhbət açılıb.
Sərgidə, həmçinin İ. Rəhimlinin “Nəsibə Zeynalova”, “Məmmədrza Şeyxzamanov”, M.Məmmədovun “Teatrlar, aktyorlar, tamaşalar”, R. Qurbanlının “Əliağa Ağayev”, N. Cabbarlı və C. Zeynallının “Mirzağa Əliyev”, İ. Rəhimli və C. Məmmədovun “Rza Təhmasib”, N. Cabbarlı və V. İsaqoğlunun “Şövkət Məmmədova” və s. teatr xadimlərinin həyat və fəaliyyətinə həsr olunan kitablar nümayiş edilir.
Sərgi 17 mart 2026-cı il tarixədək nümayiş ediləcək.
|
|