|
31 Mart - Azərbaycanlıların Soyqırımı Günüdür
|
|
19.3.2026
|
|
19 mart 2026-cı il tarixdə Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasında "31 Mart - Azərbaycanlıların Soyqırımı Günüdür" adlı sərgi təşkil edilib. Sərgidə Azərbaycanın bir çox ərazilərində tarixi faktlar və sənədlər əsasında ermənilərin məqsədyönlü şəkildə törətdikləri kütləvi qırğınlardan, soyqırımlardan, zorakılıq aktlarından bəhs edən 29 kitab nümayiş edilir.
C.Əliyev və B. Budaqovun birgə qələmə aldıqları "Türklər, azərbaycanlılar, ermənilər: tarixi həqiqətin soyqırımı" adlı kitabda əsrlər boyu erməni cinayətkarlarının türklərə qarşı törətdikləri vəhşilik, soyqırım, tarixi həqiqətlər öz əksini tapıb. Í. Hacıyevin “Ermənilərin Azərbaycana qarşı ərazi iddiaları və qanlı cinayətləri" adlı kitabında müəllif arxiv sənədləri, dövri mətbuat materialları, habelə bir çox tədqiqatçıların əsərlərindən istifadə edilməklə ermənilərin Naxçıvana qarşı ərazi iddialarının əsassızlığını, erməni millətçiləri və havadarlarının xalqımıza qarşı törətdikləri çirkin əməllərini və vəhşi hərəkətlərini ifşa edib. H. Həsənoğlunun "Dünyanın mənfur milləti: erməni" adlı kitabında ermənilərin kimliyi, onların Qafqaza gəlmələri, məkrli siyasətlə zaman-zaman Oğuz yurdu olan Qərbi Azərbaycan torpaqlarında yerləşmək məqsədilə həyata keçirdikləri soyqırımı, terror hadisələri tarixi faktlara əsaslanaraq yazılıb. F. Fǝrəcovun "Yaycı soyqırımı" adlı kitabında ermənilərin zaman-zaman xalqımızın başına gətirdikləri müsibətlərdən, Yaycı kəndində Andronik və quldurları tərəfindən törədilmiş qanlı faciələrdən söhbət açılıb. S. Müslümqızının "Dünya susmasın gərək" adlı kitabında ermənilərin Xocalıda törətdikləri vəhşiliklər ürək ağrısı ilə göstərilib və bu vəhşilikləri törədənlərin siyahısı verilib. İngilis, rus, alman, türk dillərində nəşr olunan “Erməni terroru” fotoalbomunda erməni terrorizminə məruz qalmış günahsız insanların başlarına gətirilən faciələr, cinayətlər fotolar əsasında əks olunub. M.Zülfüqarlının "Şamaxı soyqırımı (1918-ci il)" kitabında 1918-ci ilin mart-aprel aylarında Şamaxıda erməni silahlıları tərəfindən törədilmiş soyqırımdan bəhs edilib.
Sərgidə həmçinin, E. Cəfərlinin "Naxçıvanda erməni-Azərbaycan münaqişəsi", A. Paşayevin "XIX-XX əsrlərdə ermənilərin Azərbaycan xalqına qarşı ərazi iddiaları, soyqırımları və deportasiyaları", F. Qaraoğlunun "Ermənilər və həqiqətlər", S. Zeynaloğlunun "Tarixin qan yaddaşı", G.Məmmədovanın “Qarabəkir əfsanəsi” və s. kitablar nümayiş edilir. Sərgi 05 aprel 2026-cı il tarixədək nümayiş ediləcək.
|
|